İran Amerikaya yenə xəbərdarlıq etdi

İran XİN mətbuat katibi Amerikanın Fars Körfəzində hər hansı bir təxribatla bağlı səylərinin sərt cavablandırılacağı barədə xəbərdarlıq edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, bu gün (17 iyul) Nasir Kənani həftəlik brifinqində digər məslələrlə yanaşı Amerikanın F-16 qırıcı təyyarələrinin Fars Körfəzi ətrafında görünməsi ilə əlaqədar verilən sualı belə cavablandırıb: Amerika da daxil olmaqla heç bir ölkənin İranın regional məsələlərinə müdaxilə etməsinə icazə verməyəcəyik. Çünki ABŞ-ın bu regionun təhlükəsizliyi zəminindəki rolu konstruktiv deyil.

Mətbuat katibi həmçinin deyib: İran Fars Körfəzi ətrafının təhlükəsizliyinə xələl gətirə bilən hər hansı bir qeyri-qanuni təxribatçılığın qarşısını alacaq və sərhədləri ətrafında baş verən bütün hadisələrə maksimum həssaslıqla nəzarət etdiyi üçün istənilən müdaxilələri qətiyyətlə cavablandıracaq.

N.Kənani sonda ABŞ hökumətinə regionda hər hansı bir təxribatçı, qeyri-konstruktiv və sabitliyi pozan rəftarlardan əkinməyi də tövsiyə edib.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır