İran XİN başçısı dünən (22 yanvar) BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyət barədə təşkil etdiyi iclasından sonra İRNA müxbiri ilə müsahibədə deyib: Biz amerikalılara ciddi xəbərdarlıqlarımızı göndərdik və İngiltərə ilə birlikdə Yəmən əleyhinə başladıqları hücumların strateji cəhətdən düzgün olmadığını dedik.
Hüseyn Əmir Abdullahian həmçinin ABŞ və İngiltərənin Yəmənə hücumlarının region təhlükəsizliyinə zərbə vurduğunu və müharibə alovlarının genişləndirəcəyini qeyd edərək vurğulayıb: Peyk vasitəsilə alınan görüntülərə əsasən ABŞ və İngiltərə Yəmənə hücum etdiyi an Qırmızı dənizdə 230 ticarət və neft gəmisi var idi. Bu isə Yəmənin sadəcə İsrail məqsədli gəmilərin hərəkətinə maneəçilik yaratdığı iddiasını sübut edir.