İran: Amerika ardıcıl olaraq 3 gündür ki, Qəzzədə atəşkəs ardınca olduğunu deyir, amma…

İran XİN başçısı Amerikanın ardıcıl olaraq 3 gündür ki, İrana Qəzzədə atəşkəs istədiyi mesajından xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahin bu gün (6 oktyabr) deyib: Amerikanın Qəzzədə atəşkəs istədiyini dediyi bir halda faktiki olaraq fələstinlilərin soyqırımına dəstək olur.

Ə.Abdullahian ABŞ dövlət katibinin İraqda bronojilet geyinməsinə reaksiya olaraq deyib: Bu Amerikanın həqiqi üzünü göstərir. Əlbəttə ötən 3 gün ərzində atəşkəs barədə tədbirlər gördüyünü iddia etsələr də, faktiki olaraq Qəzzədə soyqırımına dəstək verirlər.

İran XİN başçısı vurğulayıb: Biz Amerikanın tezliklə özünü islah edib işğalçılara dəstək olmayacağına ümid edirik.

Bundan əvvəl də İran XİN mətbuat katibi Nasir Kənani də həftəlik brifinqində demişdi ki, sionist rejimin cinayətləri dünya xalqlarının gözü qarşısında olduğu üçün bütün xalqların reaksiyası ilə qarşı-qarşıyadırlar. Amerikanın mövqeyi düzgün olsaydı, dövlət katibinin bronojiletlə gəzməsinə ehtiyac olmazdı.

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)