İran və ABŞ arasında məhbus mübadiləsi barədə saziş icra mərhələsinə daxil oldu.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, bu gün (18 sentyabr) Qətər təyyarəsi ilə 5 iranlı amerikalı məhbus Tehrandan və ABŞ-dan azad edilmiş 2 iranlı məhbus da Dohaya daxil olub.
Məlumata görə Siyamək Namazi, Murad Tahbaz, İmad Şərqi və rəsmi dairələrin adını vermədiyi daha 2 iran mənşəli amerikalı məhbus azadlığa qovuşublar.
Həmçinin Mehrdad Moin Ənsari, Rza Sərhəngpur iranlı ABŞ məhbusu İran məqsədi ilə Dohaya yola düşüblər. Amerika sakini olan daha 3 iranlı da həbsxanadan azad olub.
XİN sözçüsü Nasir Kənani bu günkü mətbuat konfransında deyib: Məhbus mübadiləsi və vəsaitlərin azad edilməsi İran və ABŞ arasında intensiv və dolayısı ilə aparılan danışıqlarda gündəmə gətirilən mühüm məsələlərdən biri olub və bu kontekstdə ABŞ kəşfiyyat orqanları tərəfindən qanunsuz olaraq təqib edilən 5 iranlı məhbusun azadlığa buraxılması ilə nəticələnib. Bu məhbusların bəziləri azadlığa çıxdıqdan sonra ABŞ-da qalacaq, işini və şəxsi həyatını davam etdirəcək. Məhbusların azadlığa buraxılması amerikalılarda sivil vətəndaş kimi yaşayan iranlıları narahat etməmək kimi anlayışı yaradacaqdır.