İranın Atom Enerjisi Təşkilatının rəhbərinin dünən axşam (25 sentyabr) Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş konfransı çərçivəsində MAQATE-nin baş direktoru ilə görüşündən sonra Rafael Qrossi X sosial media hesabında bu görüşün çox effektiv olduğunu deyib.
Mehr İnformasiya Agentliyinin məlumatına əsasən, Qrossi yazıb: Mən agentliyin qarşılıqlı fəaliyyət və konkret irəliləyiş üçün bu istəyi bildirirəm. 4 mart bəyanatının təqdimatında mən İranın nüvə proqramının yalnız sülh məqsədi daşıdığına dair etibarlı təminatları vurğulamışdım.
Qeyd edək ki, Məhəmməd İslami Agentliyin ümumi konfransında çıxışı zamanı demişdi ki, İran həmişəki kimi, Birgə Kompleks Fəaliyyət Planına əsaslanan öhdəliklərinə sadiqdir və öz öhdəliklərini yerinə yetirməkdə bütün səylərini göstərib. Bu isə, agentliyə İranda yoxlama fəaliyyətini asanlıqla davam etdirməsi üçün bütün imkanları vermək deməkdir.