İran ABŞ və İngiltərənin Yəmənə hücumlarını qınadı

İran ABŞ və İngiltərənin Yəmənə hücumlarını qınadı

İran XİN sözçüsü bu gün (5 oktyabr) Amerika və İngiltərə koalisiyasının Yəmənə hücumlarını sərt tənqid edərək bu rəftarların BMT nizamnaməsinə zidd, beynəlxalq qanun pozuntusu, insan hüquqlarına təcavüz olduğunu deyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İsmail Bəqai bu gün (5 oktyabr) ABŞ və İngiltərə koalisiyasının Yəmənin Səna, Əl Hədidə və digər bölgələrinə hücumlarını pisləyərək beynəlxalq qanunlara əsasən cinayətkarların məsuliyyət daşıdığını bildirib.

Regionda təhlükəsizliyin yeganə səbəbinin sionist rejim olduğunu vurğulayan diplomatik idarənin sözçüsü İsrail rejiminin Livan və Fələstin xalqına qarşı müharibə cinayətlərinin dayandırılmasının zəruri olduğunu qeyd edərək deyib: İranın suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşı heç bir avantürist və ağılsız hərəkət cavabsız qalmayacaq.

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)