İran ABŞ-ın İsrailə yardımlarını qınadı

İran XİN-i Amerikanın sionist rejimə 14 milyard hərbi yardımına reaksiya verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İran XİN sözçüsü dünən axşam (18 fevral) CENA-da ABŞ vətəndaşlarının vergilərindən yığılan pulların İsrailə hərbi yardım edilməsinə işarə edərək deyib: Bu yardım Qəzzə zolağında günahsız insanları öldürən cəlladlara kömək etmək deməkdir.

Nasir Kənani Qəzzə müharibəsinin dərhal dayandırılmasını vurğulayaraq əlavə edib: Yalnız korrupsioner sistem Qəzzədə belə bir faciə yarada bilər.

Qeyd edək ki, ötən həftə ABŞ konqresi İsrail, Ukrayna və Tayvan üçün 95.3 milyard dollarlıq hərbi yardım büdcəsi ayırıb və bunun 14 milyard dolları sionist rejim üçün nəzərdə tutulub.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri