İran: ABŞ “cəfəng” danışır

İran: ABŞ “cəfəng” danışır

İran XİN sözçüsü ABŞ-ın İran məsələləri üzrə müşavirinin rəsmi Tehranda prezident seçkiləri barədə bəyanatını ölkənin daxili işlərinə açıq-aşkar yersiz müdaxilə və “cəfəng” adlandırıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani bu gün (28 iyun) deyib: ABŞ rəsmiləri bu qəbildən olan dəyərsiz sözləri ilə həmişə olduğu kimi seçki məntəqələrinə səs vermək üçün tələsən iranlıları məzhəkə etmək niyyətindədir və onların digər ölkənin daxili işlərinə qarışma halları bütün dünyada məşhurdur.

Nasir Kənani həmçinin deyib: Dünya xalqları demokratiya iddiasında olan Amerikanın daxilində baş verən hadisələri izləyir və insan haqları adı altında hegemon siyasətlərini necə yürütdüyünü yaxşı bilir. Çünki bütün dünya Amerika sözün tam mənasında müharibə tərəfdarı, işğalçı, terror yuvası və qan tökməyə can atan hegemon bir dövlət olduğunu müşahidə edir.

İran XİN sözçüsü həmçinin vurğulayıb: Amerikada demokratiya hakim olsaydı, yəqin ki, xalq özünə daha yaxşı hakim seçə bilərdi.

Related posts

Netanyahunu görən olub? ))

Tarixi Palmira dağıdılır…

Hizbullahın yüksək rütbəli komandirinin qızına təvazökar cavabı

1 şərh

토토사이트 İyul 1, 2024 - 10:10 səhər

[토토커뮤니티]에서 먹튀검증이 완료된 안전한 토토사이트를 확인하세요

Add Comment