İran: Əbu Musa, Böyük və Kiçik Tonb adaları İranın ayrılmaz hissəsidir

İran XİN sözçüsü ölkənin 3 adasının ayrılmaz bir hissəsi olduğunu və Tehranın ərazi bütövlüyü məsələsinin əsla heç bir müzakirəyə açıq olmadığını vurğulayıb.

İRNA-nın məlumatına əsasən, Nasir Kənani Küveyt əmirinin BƏƏ-yə səfərinin sonunda yayımlanmış son bəyanatındakı İranın 3 adası üzərində malikiyyət iddiasına reaksiya olaraq deyib: Dəfələrlə təkrar etdiyimizi nəzərə alaraq bir daha elan edirik ki, Əbu Musa, Kiçik və Böyük Tonb adaları İranın ayrılmaz torpaqlarıdır və bizim ərazi bütövlüyümüz heç bir masa üzərində müzakirəyə açıq deyil və olmayacaq da. Son bəyanatdakı malikiyyəti iddialar hüquqi və beynəlxalq nöqteyi-nəzərdən etibarsız hesab edilir və bunun Tehranın daxili işlərinə müdaxilə kimi qəbul edirik.

Related posts

İran: Məsqət müzakirələri hələ ki, dayandırılıb

Qəzza Qəssabı

Laricani: Livan müqavimətinin hər bir qərarını dəstəkləyirik