İrəvani Baydenin çıxışını ekstremizm adlandırdı

İrəvani Baydenin çıxışını ekstremizm adlandırdı

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi bu təşkilatın baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda ABŞ prezidentinin İsrail rejiminin Tehrana qarşı ehtimal olunan fitnəkarlığının zaman cədvəlindən xəbərdar olması barədəki sözlərini son dərəcə nigaranedici və təhrikedici adlandırıb.

Mehr İnformasiya Agentliyinin məlumatına əsasən, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani (22 oktyabr) BMT baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda belə yazıb: Co Baydenin bu təhrikedici sözləri son dərəcə nigaranedicidir, zira, Birləşmiş Ştatların İsrail rejiminin İrana qarşı qanunsuz hərbi təcavüzünə aşkar dəstəyi və dolayısı ilə təsdiqini göstərir. Bu kimi sözlər həmçinin Birləşmiş Ştatların regionda gərginliyin azaldılmasına dəstəyə dair ardıcıl iddiaları ilə təzad təşkil edir.

İrəvani əlavə edib: Bundan başqa, Birləşmiş Ştatların  İsrail rejiminin İrana qarşı təcavüzkarcasına hücumlar həyata keçirmək üçün daha çox cəsarətlənməsi və təhrik olunmasına səbəb olan sözügedən rejimi modern hava hücumundan müdafiə sistemləri də daxil olmaqla modern silahlar və texniki köməklərlə təchiz etmək yolu ilə məsələyə qarışması, ABŞ hökumətinin Qəzzədə və Livanda mülkilərə və mülki infrastrukturlara qarşı cari soyqırım kampaniyasında və hərbi cinayətlərdə əlbir olduğu kimi, İran əleyhinə hər hansı təcavüzdə və onun nəticələrində sionistlərlə əlbir olmasına səbəb olacaq.

İrəvani vurğulayıb: Buna görə, Birləşmiş Ştatlar İsrail rejiminin İran İslam Respublikasına qarşı hər hansı təcavüzkarcasına hərəkətə təhrik və təşviq edilməsi, həmçinin bu hərəkətlərin asanlaşdırılması sahəsindəki rolunun tam məsuliyyətini qəbul etməlidir.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib