İordaniyalılar hakimiyyətə qəzəblidir

İordaniya Xalqının Müqavimətə Yardım fondu bəyanat yayaraq  İranın sionist rejimə hücumundan sonra hakimiyyıtin sionist rejimə dəstək mövqeyinə görə etirazını elan edib.

Əl Aləm telekanalının Əl Qüdsül Ərəbiyəyə  istinadən verdiyi məlumata əsasən, “Müqavimətə Yardım üçün İordaniya Xalq Konfransı” təşkilatı bu ölkə hökumətindən bu haqda izahat verməyi  tələb edir və İordaniya xalqı ölkələrinin quru və hava məkanının Qərb və sionist düşmənə qarşısında açıq  olduğunu qəbul etməyəcəyini elan edib.

Məlumata görə, Müstəqil İordaniya xadimlərinin siyasi partiyalar qrupundan ibarət olan bu təşkilat, həmçinin İordaniyadakı xarici bazaların bağlanması ilə bərabər Qərb qüvvələrinin bu ölkədən çıxarılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “İordaniyanın millətçi və solçu partiyaları” koalisiyası İranın sionist rejimin təcavüzünə qarşı cəzalı cavabını alqışlayaraq bu rejimin zorakılığı və ölkələrin suverenliyinə qarşı dəfələrlə təcavüzləri ilə üzləşməkdə onun qanuni haqqı olduğunu demişdi.

Sözügedən koalisiya həmçinin İranın cavabının Fələstin xalqını və onun müqavimətini dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, bu yaxınlarda İranın sinist rejim mövqelərinə raket hücumunda İordaniya İranın pilotsuz təyyarələri və raketlərini ələ keçirmək və hədəfə almaq üçün səmasını Amerika, Britaniya və sionist qırıcılara açmışdı.

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH bazar günü səhər sionist rejimin İranın Dəməşqdəki konsulluğuna hücumunda törətdiyi son cinayətlərə cavab olaraq, İsrail mövqelərinə onlarla raket və pilotsuz uçuş aparatlarla hücum edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib