İordaniyalı sürücü 3 israillini öldürüb, şəhid oldu- Video

Fələstin mənbələrindən alınan xəbərlərə görə, İordaniya ilə işğal altındakı Fələstin arasındakı Əl-Kəramə sərhəd keçid məntəqəsində atışma baş verib. Bu əməliyyatda 3 sionist öldürülüb, əməliyyatı həyata keçirən şəxs isə İsrail əsgərləri tərəfindən güllələnib.

Sionist Ordusunun Radiosu elan edib ki, ilkin araşdırmalar iordaniyalı yük maşını sürücüsünün işğal olunmuş ərazilərdəki keçidin gözləmə zalında sionistlərə atəş açdığını göstərir.

Qafqaztimes xəbər verir ki, səhər saat 10 radələrində bir yük maşını sürücüsü Adul və işğal altındakı Fələstin arasındakı sərhəddə yerləşən əl-Kəramə keçidinə daxil olub və bu keçiddə sionist işçilərə atəş açıb.

Bu əməliyyatda 3 israilli öldürülüb, əməliyyatın operatoru isə təhlükəsizlik qüvvələri tərəfindən şəhid edilib.

Bu əməliyyatdan sonra İsrail ordusu sərhəd bölgəsində təftiş və axtarışlar aparır.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur