İordaniya vəkilləri sionist rejimdən şikayət etdi

İordaniya Vəkillər Kollegiyası sionist rejimin Qəzzə zolağında törətdiyi cinayətkarlıq və soyqırımına görə Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorluğuna şikayət ərizəsi ünvanlayıb.

İordaniya Vəkillər Kollegiyasının vəkili Məhəmməd Əl Tutunçi Əl Aləm telekanalı ilə müsahibəsində deyib: Kollegiyamızın şərəfli Fələstin xalqının qarşısında vəzifələrinə uyğun olaraq ilk addımımızı atdıq və Beynəlxalq Cinayət Məhkəməsi baş prokurorluğuna sionist rejimin əvvəllər də subut olunmuş soyqırımı barədə faktlar olan hesabat verildi. Bunun məsuliyyətini daşımaq yalnız sionist rejimdir və mütləq cəzalandırılmalı, bəşəriyyət tarixində qara ləkə olaraq tanınmalıdır.

Prokurorluq Vəkillər Sendikasının sədr müavini Vəlid Əl Ədvan Əl Aləm telekanalına müsahibəsində deyib: Amerika başda olmaqla hər hansı bir ölkə veto hüququndan istifadə etməyə cəhd göstərərsə, bu onlara baha başa gələcək və bütün ölkələrə zərər verəcək.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir