İordaniya: Livanın yanındayıq / İsrailin təhdidlərinə qarşıyıq

Qafqaztimes xəbər verir ki, İordaniyanın xarici işlər naziri Livanlı həmkarı ilə telefon danışığında Beyrutu tam dəstəkləməklə yanaşı, sionist rejimin təhdidlərinə qarşı çıxıb.

Əl-Nəşrənin verdiyi məlumata görə, Livanın xarici işlər naziri Abdullah Bu Həbibə iordaniyalı həmkarı Əymən Səfədi telefonla zəng edib.

Bu telefon danışığında İordaniyanın xarici işlər naziri İordaniyanın Beyrutun yanında olduğunu vurğulayıb.

O, əlavə edib: “İordaniya Livanın yanında hər zaman olduğu kimi bu çətin şəraitdə də möhkəm durub.”

İordaniyanın xarici işlər naziri bildirib: İordaniya Livanın təhlükəsizliyi və suverenliyini tələb edir və İsrailin təhdidlərinə qarşı çıxır.

Əl-Səfədi vurğulayıb: İordaniya gərginliyi azaltmaq və genişmiqyaslı müharibəyə mane olmaq üçün çalışır.

Mehr

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir