İordaniya kralı: Qəzzə Fələstinin ayrılmaz hissəsidir

İordaniya kralı Qəzzə zolağının İordaniyanın qərb sahilindən ayırlması ilə razı olmadığını vurğulayaraq deyib: Qəzzə Fələstinin ayrılmaz hissəsidir.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İordaniya kralı İkinci Abdullah İspaniya paytaxtı Madridə baş nazir Pedro Sançezlə görüşündə Qəzzə zolağı və Fələstində baş verən hadisələri müzakirə edib.

İkinci Abdullah bu görüşdə beynəlxalq ictimaiyyətin sionist rejim təcavüzkarlıqlarına son verilməsi və humanitar yardımların məzlum fələstinlilərə çatdırılması barədə təzyiqlərin zərurətini diqqət mərkəzinə çəkib.

O, İspaniyanın Qəzzədə atəşkəs rejiminin bərqərarı və sivil insanların qətlinə son verilmsi barədə dəstəklərinə görə minnətdarlığını bildirib.

İordaniya medialarının məlumatına görə İkinci Abdullah Qəzzə zolağının İordan çayı qərb sahillərindən ayrılmaması üçün əlindən gələni əsirgəməyəcəyini və onun Fələstinin ayrılmaz bir hissəsi olduğunu da qeyd edib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir