İordan çayının qərb sahilində yeni anti-sionist əməliyyatı baş tutdu

İbri dilli medialar işğal olunmuş Qüds yaxınlığında Kuxaf Yəqub sionist qəsəbəsində anti-sionist əməliyyatda bir sionistin yaralandığından xəbər verir.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, qəsəbədə təhlükə siqnalizasiyası şübhəli şəxs daxil olduqdan bir müddət sonra işə düşüb. Polis və hərbi qüvvələr naməlum hədəflərə atəş açıb.

Məlumatda həmçinin deyilir ki, ehtimal üzrə fələstinlilər ilk dəfədir bu qəsəbədə silahlı insident hazırlayıb.

Digər bir məlumatda sionist hərbçilərin Nablos və Ceninə silahlı basqınından xəbər verilir. Bu basqınlar fələstinlilərin şəxsi avtomobillərinə olub və onlar maşınlara od vurub yandırıblar.

Başqa bir media vasitələri isə dünən (26 may) Ramullahın şərqində sionist hərbçilərin fələstinlilərə aid olan avtommobillərə od vurub yandırdıqlarından xəbər verirlər.

Dünən baş verən davamlı hücumlarda 3 fələstinlinin həbs edildiyi də sosial şəbəkələrdə öz əksini tapıb.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir

4 şərhlər

Add Comment