İordan çayının qərb sahilində son 24 saat ərzində 61 müqavimət əməliyyatı keçirilib

QafqazTimes xəbər verir ki, Fələstinin “Muti” İnformasiya Mərkəzi çərşənbə axşamı axşam saatlarında İordan çayının qərb sahilinin son 24 saat ərzində 61 müqavimət əməliyyatının şahidi olduğunu və nəticədə 17 sionistin yaralandığını açıqlayıb.

Bu mərkəzin hesabatına görə, bu müqavimət əməliyyatlarına 12 atışma, 5 molotof kokteyli atma, 2 sionistin avtomobilinin yandırılması, 13 işğalçı ilə qarşıdurma və onların avtomobillərinin şüşələrinin sındırılması daxildir. Bu əməliyyatlar 20 müxtəlif yerlərdə olub.

“Şahab ​​News” saytının xəbərinə görə, işğal olunmuş Qüdsdə fələstinli döyüşçülər Anatada sionist əsgərləri atəşə tutub və Anata, Abudis və Həzmədə fələstinlilərlə işğalçılar arasında qarşıdurma yaranıb.

Bundan əlavə Ramallahda Əttara keçidində, Sencal, Beyt İl və Selvad qəsəbələrində də toqquşmalar baş verib, Hebron, Qalkilya və Nablus da fələstinlilərlə sionist mühacirlər arasında oxşar hadisələrin və toqquşmaların şahidi olub.

Qeyd edək ki, sionist mühacirlər iki gün əvvəl Nablusun Havara qəsəbəsində çoxlu sayda fələstinlilərin ev və avtomobillərini yandırmış və bir fələstinlini şəhid etmişdilər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya