İordan çayının qərb sahilində 20 fələstinli saxlanılıb

QafqazTimes xəbər verir ki, işğalçı rejim qüvvələri bu gün səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 20-yə yaxın fələstinlini həbs edib.

İşğalçılar bir sıra bölgələrdə, qəsəbələrdə, Cenin, Hebron, Bethlehem, Nablusda Beyt Decan, Ramallahda Debu Şexidam və Kubar, Cenindəki Kəfər Rai və Yerixodakı Aqaba Cabr düşərgəsində fələstinlilərin evlərinə basqın edərək 20-yə yaxın fələstinlini həbs ediblər.

İsrail hərbiçiləri və təhlükəsizlik qüvvələri ötən fevral ayında işğal altındakı Qüdsə hücum edərək 200-dən çox fələstinlini yaralamış, 191 nəfəri həbs etmişdilər.

“Avropalı Qüds tərəfdarları” dərnəyi bir hesabatında bildirib ki, ötən ay 16-sı uşaq və 16-sı qadın olmaqla 191 nəfər İsrail (sionist) qüvvələri tərəfindən saxlanılıb.

Sionist rejim İordan çayının qərb sahilində genişmiqyaslı həbslər yolu ilə fələstinlilərin, xüsusilə də gənclərin anti-sionist əməliyyatlarının qarşısını almağa çalışır.

Statistika göstərir ki, bu həbslər nəinki müqavimət əməliyyatlarını azaltmayıb, hətta ötən bir ildə sionistlərə qarşı müqavimət əməliyyatlarını ciddi şəkildə artırıb.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya