İordan çayının qərb sahilində 17 yaşlı bir fələstinlinin şəhid olması

Qafqaztimes xəbər verir ki, bazar ertəsi səhər Ramallahın şimalındakı “Abveyn” şəhərindən olan 17 yaşlı Yusif Nəvaf Muharibin şəhid olması elan edilib.

Wafa xəbər agentliyinin verdiyi məlumata görə, Yusuf, iki ay əvvəl sionist əsgərləri tərəfindən odlu silahla vurulduqdan sonra boyun nahiyəsindən yaralanmış və onurğa beyni zədələnmişdi.

Keçən həftə isə İordan çayının qərb sahilindəki “Şəfat” düşərgəsindən olan Abduh Yusif əl-Xətib Ət-Təmimi adlı bir fələstinli İsrail qüvvələri tərəfindən şəhid edilmişdi.

Fələstinli əsirlərin işi üzrə təşkilatlar Əl-Xətibin ailəsindən və digər Fələstinli məhbuslardan toplanan ifadələrə əsasən, onun elektrik kabeli ilə ağır işgəncə olunduğu və döyüldüyü qənaətinə gəlmişlər.

İşğalçı hərbilərin hücumları, buraxılış məntəqələrində uzun uzadı yoxlanışlar, evlərin və məhəllələrin ələ keçirilməsi və bir sözlə aparteid rejimi İordan çayının qərb sahilindəki fələstinlilərin üzləşdiyi vəziyyətin təsviridir.

Related posts

Sara Netanyahu mühakimə olunacaq!

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil