İntihar məktubu qoyaraq yoxa çıxan şəxsin tapıldığı yer heyrət doğurdu – FOTO

Türkiyənin Muş vilayətinin Ağaçlık kəndində yaşayan 33 yaşlı və iki uşaq atası Ömərdən dünən axşam saatlarından sonra xəbər almaq mümkün olmayıb.

Kirayə şirkətinin sahibləri onun avtomobilinin saatlarla yolun ortasında hərəkətsiz qaldığını görüb və Ömərə zəng ediblər, lakin cavab ala bilməyiblər. Daha sonra avtomobilin içərisindən “İntihar edirəm, ölümümdən heç kim məsuliyyət daşımır” qeydi olan məktub tapıblar.

Hadisə yerinə gələn polis qrupları axtarış-xilasetmə işlərinə başlayıblar, hətta Vandan dəstək qrupu da cəlb ediblər. Axtarış-xilasetmə qrupları Murat çayında axtarış apardıqları zaman Ömərin mərkəzdə yerləşən kafedə oturduğu xəbəri gəlib. Nəticədə Ömər qəhvəxanada çay içərkən tapılıb.

Bununla da axtarış-xilasetmə işlərinə son qoyulub.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi