İnterpolun nüfuzu zərbə altında!

QafqazTimes.com Arraedlg.com-a istinadən xəbər verir:  Human Rights Watch və Körfəz İnsan Haqları Mərkəzi Əhməd Nasser Əl-Rəisinin Beynəlxalq Kriminal Polis Təşkilatı İnterpola rəhbər seçilməsinə münasibət bildirib. Bəyanatda bildirilir ki, Əl-Rəisinin  İnterpola başçı seçilməsi bu beynəlxalq qurumun nüfuzunu təhlükə altında qoyur. Əvvəllər bu şəxsin insan haqlarını kobud surətdə pozması, müxaliflərin təqibində, həbsdəkilərə işgəncə verilməsində iştirakına etiraz edilmişdi.

General-mayor Əhməd Nasser Əl-Rəisi BƏƏ Daxili İşlər Nazirliyində yüksək vəzifə tutub və 2015-ci ilin aprelində Baş Müfəttiş olub. Qeyd edək ki,  BƏƏ dövlət təhlükəsizlik xidmətlərinin çoxsaylı pozuntularla bağlı uzun rekordları var.

Böyük Britaniyanın keçmiş Dövlət Prokuroru Devid Kalvert Smit bildirib ki, Əl-Rəisinin İnterpola rəhbər seçilməsi təşkilatın insan hüquqlarına heç bir şəkildə hörmətlə yanaşmadığını  dünyaya  mesaj verir…

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək