İnsan ömrünü 130 ilə qədər uzatmağı vəd edirlər

Amerikalı milyarder Cef Bezos və rusiyalı internet investoru Yuri Milner tərəfindən “qocalma əleyhinə araşdırma” üçün dəstəklənən “Altos Labs” layihəsi insan ömrünü 130 ilə qədər uzatmağı hədəfləyir.

ABŞ və Böyük Britaniyada yerləşən “Altos Labs” şirkəti üzərində işlədiyi metodu “canlı orqanizmlərdə hüceyrənin yenidən proqramlaşdırılması” kimi müəyyən edir. Bu üsul elektron cihazı zavod parametrlərinə qaytarmağa bənzəyir. 
Metodda kök hüceyrələrə xüsusi diqqət yetirilir. Bədənin xammalı olan və bütün hüceyrələrin istehsal olunduğu kök hüceyrələr idarə olunan şəraitdə daha çox hüceyrə yaratmaq üçün bölünür. Bu embrion kök hüceyrələr xəstə toxumaları və orqanları bərpa etmək və ya təmir etmək və hətta bütün bədəni cavanlaşdırmaq üçün istifadə edilə bilər. 

Siçanlar üzərində aparılan təcrübələr indiyədək qarışıq nəticələr verib. Bəzi siçanlarda toxumaların cavanlaşması əlamətləri, digərlərində isə şişlər əmələ gəlib.
“Altos Labs”in araşdıracağı digər mühüm məsələ isə stressin insan orqanizminə təsiridir. Şirkət orqanizmin stresə cavab verməsini təmin edəcək “inteqrasiya edilmiş stress reaksiyası” adlı metod üzərində işləyir. 

Araşdırmalar göstərir ki, yüksək səviyyədə stress insan orqanizmindəki hüceyrələrə zərər verə bilər. Bu zədələnmiş hüceyrələr hüceyrə bölünməsinə məruz qalırsa, yeni hüceyrələr də zədələnir. İnkişaf etdirilən üsulda problem aşkar edildikdə “təcili sıfırlama proqramı” işlədə biləcək. Əgər bu işə yaramırsa, zərərin yayılmasının qarşısını almaq üçün təhlükə daşıyan hüceyrələri məhv edəcək. 

Bununla belə, “inteqrasiya edilmiş stress cavabı” adlandırılan həllərin “uğursuzluq” göstərməsi mümkündür və onların “sıfırlanması” “Altos Labs”ın tədqiqatının əsas nöqtələrindən biridir. Süni intellekt həm də şirkətdəki milyonlarla molekuldan ibarət hüceyrələrin işini başa düşməkdə mühüm rol oynayacaq.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)