İnsan haqları ali komissarlığı: İsrailin Qərb sahilindəki əməliyyatlardan narahatıq

İnsan haqları ali komissarlığı: İsrailin Qərb sahilindəki əməliyyatlardan narahatıq

İnsan haqları ali komissarlığı: İsrailin Qərb sahilindəki əməliyyatlardan narahatıq

BMT İnsan haqları ali komissarlığı İsrailin Qərb sahilindəki əməliyyatlardan narahat olduğunu elan edib.

Qafqaztimesin Reutersə istinadən verdiyi məlumata əsasən, BMT-nin ali rütbəli rəsmisi bu gün (24 yanvar) deyib: İsrail yanvarın 21-dən indiyə qədər 12 fələstinlini öldürüb. Bu hadisələrin amilləri hökmən cavab verməlidir.

BMT nümayəndəsi həmçinin xatırladıb: Biz İsrailin qəsəbəsalma planının genişləndirməsindən də nigaranıq. Həmçinin Qəzzə müharibəsinin atəşkəs razılaşmasından sonra bu savaşın İordan çayı qərb sahilində alovlanmasından da qorxuruq.

Xatırladaq ki, İsrail hərbçilərinin Cenin düşərgəsində törətdiyi cinayətlərinin davamında rejimin müharibə naziri İordan çayının qərb sahilində “Dəmir divar” əməliyyatının davam edəcəyini vurğulayıb. Sadəcə dünənki hücumda 10 fələstinli şəhid olub və 40 nəfər yaralanıb.

Related posts

Müqavimət sevənlərin kütləvi seli – video

Livan müqaviməti şəhidlərinin dəfn mərasimi fevralın 23-də olacaq

Livan müqaviməti şəhidlərinin dəfn mərasimi fevralın 23-də olacaq

Ziyad Nəxalə: İran, bütün müqavimət qruplarının arxalandığı bir dağdır