İnqilab Rəhbəri: Amerikalı gənclər! Siz tarixin ən doğru tərəfindəsiniz!

İnqilab Rəhbəri: Amerikalı gənclər! Siz tarixin ən doğru tərəfindəsiniz!

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Amerika universitetlərində Fələstin xalqına dəstək verən vicdanlı tələbələrə ünvanladığı məktubda onları müqavimət cəbhəsinin bir hissəsi adlandıraraq Qərbi Asiya tarxinin ən həssas zamanında olduğunu vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Ali Rəhbərin məktubun oyaq vicdanlı insanların Qəzzənin məzlum uşaq və qadınlarını müdafiə etməyə sövq edən gənclərə yazıldığını qeyd edərək deyilir:

Amerika Birləşmiş Ştatlarındakı əziz gənc tələbələr! Bu, bizim sizə rəğbət və həmrəylik mesajımızdır. Siz indi dəyişməkdə olan tarixin doğru tərəfində dayanıb, müqavimət cəbhəsinin bir hissəsisi kimi  qəsbkar sionist rejimi açıq şəkildə müdafiə edən hökumətinizin amansız təzyiqi altında şərəfli bir mübarizəyə başlamısınız.

Böyük müqavimət cəbhəsi uzaq bir yerdə illərdir sizin indiki idrak və hisslərinizlə mübarizə aparır. Bu mübarizənin məqsədi “sionistlər” adlı terrorçu və amansız bir şəbəkənin illər öncə Fələstin xalqına vurduğu və ölkələrini işğal etdikdən sonra ən ağır təzyiq və işgəncələrə məruz qoyduğu aşkar zülmün qarşısını almaqdır. Sionist aparteid rejiminin bugünkü soyqırımı ötən onilliklərin son dərəcə qəddar davranışının davamıdır.

Related posts

Qəzza Qəssabı

Laricani: Livan müqavimətinin hər bir qərarını dəstəkləyirik

Rafael Qrossi Fordo və Nətənzdə