İngiltərədə aclıq statistikası artır





Təsnim İnformasiya Agentliyi verilən statistikalara əsasən, İngiltərədə 3 milyon vətəndaşın düzgün qidalanmama problemi yaşamasından xəbər verir. 
Məlumata görə Avropa İttifaqından çıxmadan yaranan sosial-iqtisadi böhran, pandemiya dövrünün fəsadları, hakimiyyətdə baş verən dəyişikliklər, Ukrayna müharibəsi və bir sıra orqanlarda etirazlar İngiltərənin yaşam tərzinə təsir edib.
Həmçinin məişət xərclərinin artması, qida məhsullarının bahalaşması da insanların düzgün qidalanmaması amillərindən hesab olunur. 
Rəsmi qaynaqlara əsasən, dünyanın ən dövlətli ölkələrindən biri olan İngiltərədə bu problem bir faciə sayılır. Ölkə statistikasına görə 2022-2023-cü illərdə xeyriyyə cəmiyyətləri əksəriyyəti uşaqlar olmaqla 3 milyon qida paylayıb. Bu fakt 2008-2009-cu illərdə 26 mindən 2,56 milyon olub. Bu isə ehtiyaclı ailələrin məişət vəziyyətinin gərginliyindən xəbər verir.
Əlbəttə ekspertlərin fikrincə bu statistika xeyriyyə cəmiyyətləri olmayan şəhərlərə aid olmadığı üçün qeydiyyat aparılmaıb və nəticədə statistikanın daha yuxarı olduğu proqnozlaşdırılır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib