İngiltərədə 4000 illik qədim vəba xəstəliyi tapılıb

Tədqiqatçılar İngiltərənin cənub-qərbində və şimal-qərbində yerləşən iki məzarlıqda təxminən 4 min il əvvəl vəbadan ölən insanların sümüklərini aşkar ediblər.

Britaniyanın Frensis Krik İnstitutunun mətbuat xidməti çərşənbə axşamı bildirib ki, həmin insanların ölümünə səbəb olan mikroblar Şərqi Avropada bu yaxınlarda izləri tapılan ən qədim vəba çöpü ilə oxşar olub.

“Bu yaxınlarda İspaniya və Şərqi Avropada izləri tapılan vəba çöplərinin eyni ştammının İngiltərədə tapılması qədim vəbanın çox yoluxucu olduğunu göstərir. O, uzaq keçmişdə sürətlə uzun məsafələrə yayıla bilərdi”, – deyə mətbuat xidməti bəyan edib.

Qeyd edək ki, sözügedən məzarlıqlarda daş və tunc dövrlərinin qovşağında Böyük Britaniya ərazisində yaşamış 34 qədim sakinin qalıqları var.

Related posts

Kofeinin “insanı ayıldan” miqdarı açıqlandı

Alimlər yeni kəşf etdikləri və xüsusiyyəti ilə onları şoka salan heyvanın görüntüsünü paylaşdılar

Zərbə dalğası minlərlə nüvə bombasının gücü qədər qiymətləndirilən asteroid Yerə yaxınlaşır