İngiltərə və ABŞ yenə Yəmənə zərbə endirdi

Xəbər qaynaqları Amerika və İngiltərənin sionist rejimə dəstəklərinin davamında bir daha Yəmənə aviazərbələr endirdiyindən xəbər verirlər.

 Təsnim İnformasiya Agentliyinin Əl Məsirə telekanalına instinadən verdiyi məlumata əsasən, ABŞ və Britaniya yenə Yəmən torpaqlarına hücum edib.

Məlumata görə bu hücumlar Yəmənin Əl Hədidə rayonu Rəəs İsa şəhərində həyata keçib.

ABŞ və İngiltərə bir neçə aydır sionist rejimə dəstək məqsədilə Yəmən torpaqlarını hədəfə alır. Onların əsas məqsədi idə Yəmən silahlı qüvvələrinin məzlum Qəzzə xalqına dəstək məqsədilə Qırmızı Dənizdə İsrail və sionist rejim məqsədli gəmilərə maneələr yaratmasıdır.

Yəmən SQ sionist rejimin Qəzzə zolağında soyqırım xaraterli cinayətlərinə son qoymayana qədər gəmilərə qoyulan qadağalara davam etdrəcəklərini elan ediblər.

Yəmən SQ-nin mətbuat katibi Yəhya Səri ötən cümə axşamı günü ABŞ, İngiltərə və sionist rejim əleyhinə iri miqyaslı hücumlardan xəbər vermişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib