İngiltərə İsrailin Suriyada “məhdudiyyətsiz”varlığından nigarandır

İngiltərə İsrailin Suriyada “məhdudiyyətsiz”varlığından nigarandır

İngiltərənin BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi sionist rejim müharibə nazirinin Suriyada “məhdudiyyətsiz” varlıq iddiasından nigaran olduğunu bildirib.

Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Barbara Voodvard dünən axşam (25 mart) TŞ-dəetdiyi çıxışında deyib: Bu qəbulolunmazdır. İsrail beynəlxalq qanunlar əsasında məntiqli təyin olunmuş zaman çərçivəsində Suriyanı tərk etməlidir. Biz Suriyada qadınların iştirakını və liderliyini prioritetləşdirən inklüziv siyasi keçid çağırışımızı bir daha təkrar edirik. Dinc və təhlükəsiz ölkə bütün suriyalıların və bölgənin maraqlarına uyğundur. Diplomatiya və dialoq bu məqsədə çatmağın ən yaxşı yoludur və biz bütün tərəfləri bu kritik anda növbəti zorakılıqdan çəkinməyə, həmçinin təmkinli olmağa çağırırıq.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib