İngiltərə: İsrail və Livan uçurumdan kənara çəkilsin

İngiltərə: İsrail və Livan uçurumdan kənara çəkilsin

İngiltərənin xarici işlər naziri sionist rejimin Livanın cənub sərhədlərində yüzlərlə insanın öldüyü və minlərlə dinc əhalinin yaralandığı terror əməliyyatlarını pisləyərək Tel Əviv və Beyrutu uçurumdan uzaqlaşmalarını istəyib.

İRNA-nın məlumatına əsasən, David Lammi bu gün (26 sentyabr) BMT təhlükəsizlik Şurasındakı çıxışından sitat gətirdiyi sözləri X sosial media hesabında paylaşaraq iddia edib:  Britaniya Livan müqaviməti ilə İsrail arasında dərhal atəşkəs bərqərar olmasını istəyir.

David Lammi deyib: Artıq iki ölkənin uçurumun bir addımlığından geri çəkilmə  vaxtıdır.

Ötən gün Fransanın tələbi ilə BMT TŞ-dəki fövqəladə iclasda çıxış edən David Lammi deyib: Biz regionda irimiqyaslı müharibənin başlama təhlükəsindən danışırıq. Həqiqət budur ki, Qəzzə, İordan çayı qərb sahili, Livan və Qırmızı dənizdə vəziyyət həddən artıq gərgindir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib