İnformaisya qaynaqları Suriyadakı İngiltərə hərbçiləri ABŞ düşərgəsindən digər bir coğrafi məkana köçüldüyündən xəbər verirlər.
Əl-Aləm telekanalı yazır: Suriyanın Əl-Həsəkə ətrafında yerləşən Amerika hərbçilərinin düşərgəsində olan ingiltərəli hərbçilər helikopterlərlə Cəbəlük Əziz məntəqəsinə köçürüldü. Bu yerdəyişmənin Suriya silahlı qüvvələrinin Qəsəd adlı təlim kurslarına nəzarət məqsədli olduğu deyilir.
Qeyd edək ki, Suriyanın Həsəkə şəhəri ətrafında 150 amerika hərbçisi yerləşən düşərgə var. Bu həftənin son günlərində Həsəkə səmasından düşərgə yaxınlığına helikopterlər bir neçə böyük bağlama atdığı da müşahidə olunub. Bağlamaların nə olduğu məlum deyil. Amma məlum olan məsələ Suriya ordusunun təlimləri, İngiltərə hərbçilərinin məhz Amerika helikopterləri ilə bu təlimlərə nəzarət etmək üçün düşərgələrindən məlum məqsədə köçürülməsinin şübhələr doğurduğudur.