İngilislərin Ukrayna sevgisinin sirri!

QafqazTimes.com  dailymail-a istinadən xəbər verir: İngiltərə hökuməti yoxsul dünyadan qaçqınlara, xüsusilə müsəlmanalara  qapılarını bağlasa da, Ukrayna qaçqınlarını həvəslə qəbul edir. Mənzil Kommunal Təsərrüfatı naziri Maykl Qouv bildirib ki, Ukraynadan gələn qaçqınlara  Britaniyada 3 il yaşamaq hüququ verilir. Bundan ötrü “Ukrayna üçün ev” (Homes for Ukraine) adlı xüsusi layihə işə salınıb. Layihəyə əsasən ukraynalı qaçqını evində yerləşdirən britaniyalıya ayda 350 funt sterlinq – 450 dollar ödənəcək. Bir neçə gün ərzində 44 min britaniyalı layihəyə ad yazdırıb. Bunu qaçqın sevgisi kimi dəyərləndirmək sadəlöhvlük olardı. Britaniya iqtisadi böhran yaşayır və işsizlik problemi ən aktual problemlərdəndir. 44 min britaniyalının bir neçə gün ərzində ayda 450 dollar ala bilməsi fantastikadır. Sual oluna bilər ki, bu məbləğ haradan gələcək?  Qouv layihə üçün maliyə mənbəyi də göstərib: Rusiyalı biznesmenlərin İngiltərədəki yatırımları və mülkləri!! İngiltərə hökuməti rusiyalı biznesmenlərin pil və mülkünü müsadirə edib bu layihəyə xərcələyəcək.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya