İndoneziyada vulkan püskürdü: Ölənlər və itkin düşənlər var – FOTO/VİDEO

İndoneziyanın Sumatra adasında vulkan püskürməsi zamanı Marapi dağında olan alpinistlərdən azı 11 nəfəri həlak olub.

Bu barədə yerli xilasetmə xidmətindən bildirilib.

Məlumata görə, təbii fəlakət baş verəndə Marapi dağında 75 alpinist olub. Onlardan 49-u uğurlu təxliyə olunub, qalanları itkin düşmüş hesab edilib. Bir müddət sonra daha üç nəfər salamat tapılıb.

Hazırda 12 nəfərin axtarışları davam edir.

09:55

İndoneziyanın ən aktiv vulkanı olan Merapi üç kilometr hündürlüyə kül püskürüb.

Bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzinin rəhbəri Hendra Qunavan bildirib.

Baş verən püskürmədən sonra dağıntılar və insan tələfatı barədə məlumat verilməyib.

“Şərqə istiqamətlənmiş qalın intensivliyə malik boz kül sütunu müşahidə edilib. Vulkan püskürməsi hələ də davam edir”, – məlumatda deyilir.

Qeyd olunur ki, əraziyə girişin məhdudlaşdırılması barədə də qərar qəbul edilib və kraterin ətrafındakı ərazidə qadağa zonası tətbiq edilib.

https://baku.tv/embed/110352

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi