İndoneziyada gəmi batması nəticəsində 4 ölü və 38 nəfər itkin

İndoneziya mediasının verdiyi məlumata görə, bu ölkədə bir istirahət gəmisinin batması nəticəsində indiyədək 4 nəfər ölüb və 38 nəfər itkin düşüb.
Qafqaz Times -in məlumatına görə, İndoneziya yerli rəsmiləri cümə axşamı günü Balı adasına doğru hərəkət edən bir gəminin batmasından sonra azı dörd nəfərin öldüyünü və onlarla nəfərin itkin düşdüyünü açıqlayıb. İndiyədək 23 nəfər sudan çıxarılıb.

Bu gəmi 65 sərnişinlə Balı adasına doğru gedirmiş ki, batıb. Xilasedicilər dənizdə itkin düşən 38 nəfəri tapmaq üçün cəhdlərini davam etdirirlər.

Gəminin yola düşdüyü ərazinin polis rəisi Rama Samatama Putra Fransə Xəbər Agentliyinə bildirib: “23 nəfər xilas olunub və 4 nəfər ölüb. Həmçinin 38 nəfər itkin düşüb.”

Axtarış və xilasetmə agentliyinin rəhbəri bildirib ki, 2,5 metr hündürlüyündə dalğalar, güclü küləklər və güclü cərəyanlar xilasetmə əməliyyatına təsir edib.

Lakin o, qayığın batma səbəbini açıqlamayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib