İndoneziyada daha bir vulkan püskürməyə başlayıb (Video izlə)

İndoneziyanın Siau adasında Karangetanq vulkanının püskürməsi başlayıb. Lava üzüaşağı axaraq yamacdakı çaylara tökülüb.

Bu barədə Vulkanoloji və Geoloji Təhlükələrin Azaldılması Mərkəzindən bildirib.

Qeyd edilib ki, Batanq, Timbelanq, Beha Barat, Nanitu, Batuavang və Kaxetang çayları 1784 metr yüksəklikdən başlayır.

Mərkəzdən bildirilib ki, dağın yamacı kifayət qədər dik olduğundan lava sürətlə axır.

Yaxınlıqdakı kəndlərdən sakinlərin köçürülməsi başlanılıb.

Xatırladaq ki, dünən İndoneziyada qurbanlarla nəticələnən güclü zəlzələ baş verib.

Yeri gəlmişkən, Karangetanqın sonuncu püskürməsi 2011-ci ildə, Yaponiyadakı zəlzələlərdən dərhal sonra qeydə alınıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi