İmran Xan: Sionistlərin cinayətləri ilə bağlı dünya ictimaiyyətinin nəzəri dəyişir

Qafqaztimes xəbər verir ki, Pakistanın Baş naziri İmran Xan deyib: “Baxışların, ictimai rəyin və dünyanın dəyişməsi İsraili məzlum Fələstin xalqına bərabər hüquqlar verməyə məcbur edəcəkdir.”

O, sionist təcavüzünə qarşı Fələstin xalqı ilə həmrəyliyini dilə gətirən bir video mesajında belə deyib: “Sosial şəbəkələrin ictimai rəyin formalaşmasında təqdirəlayiq bir rolu vardır. İndi artıq Qərb ölkələrindən də fələstinlilərin lehinə səslər eşidilir.”

İmran Xan belə qeyd edib: “Dünyada ictimai fikir dəyişir və ilk dəfədir Qərbdən dəstək səsləri eşidilir. Onların qəzet və mediaları sionist vəhşiliklərini tənqid etdi və bəzi siyasətçilər də onlara qarşı çıxdı. Bunu ABŞ-da və Qərbdə müşahidə edəcəyimi heç düşünməmişdim.”

İmran Xan həmçinin deyib: “Dünyada ictimai rəydəki dəyişikliklərin əsas səbəbi medianın və sosial şəbəkələrin roludur. Çünki bu ölkələrin əsas medialarında əsasən senzuralı məlumatlar yayımlanır.”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib