İmam Xomeyni olmasaydı, Fələstin də Əndəlus müsəlmanlarının aqibətinə düçar olardı

QafqazTimes xəbər verir ki, Livan Müsəlman Alimləri İcmasının üzvü Şeyx Süheyb Həbəli bildirib ki, İmam Xomeyni (r.ə) tərəfindən Ramazan ayının son cümə gününün Qüds günü olaraq seçilməsi, şübhəsiz ki, şəxsi seçim deyil, Uca Allahdan bir ilhamdır.

O, Əl-Aləm telekanalının “Nəvafiz” proqramında danışarkən deyib: “Mübarək Ramazan ayının sonuncu cümə gününün seçilməsi – bu, bütün müsəlmanların həmfikir olduğu bir məsələdir – onu göstərir ki, İmam Xomeyni (r.ə) bu günü Ümumdünya Qüds günü elan etməsəydi fələstinlilər də Əndəlus müsəlmanları ilə eyni aqibətə düçar olacaqdılar.”

Tarixi məlumatlara görə, Avropanın cənub-qərbində yerləşən Pireney yarımadasında yaşayan müsəlmanlar And dağlarının süqutundan sonra ya dinini dəyişməyə, ya da öz vətənlərini tərk etməyə məcbur olmuşlar. Onların çoxu Əlcəzair, Tunis və Mərakeşdə məskunlaşmışlar.

Şeyx Süheyb Həbəli əlavə edib ki, İmam Xomeyni (r.ə) bu günü prioritet və əsas məsələ olaraq təyin etdi.

O, həmçinin qeyd edib ki, Beynəlxalq Qüds Gününün qeyd edilməsi İslam ümmətinin dirçəlişi və əsas idealara qayıdışdır. Düşmənlər ümməti müxtəlif mövzularla əsas məsələdən yayındırmağa çalışsalar da Qüds günü bu fitnəni zərərsizləşdirdi və insanların diqqətini Fələstinə tərəf yönəltdi.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib