İmam Xamenei: Koronavirus ölkənin başlica problemidir

Qafqaztimes xəbər verir ki, İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei çərşənbə günü koronavirus xəstəliyinin vəziyyəti və yayılması ilə bağlı televiziya çıxışında bunu ölkənin başlica və təcili problemi adlandırmış və xəstəliyin öhdəsindən gəlmək üçün verilən tapşırıq və qərarların qəti şəkildə yerinə yetirilməsinə təkid edərək, məmurlara və xalqa öz tövsiyələrini bildirmişdir.

Ayətullah Xamenei, yeni və güclü müdafiə üsullarından istifadə edərək virusun mutasiyası ilə mübarizə aparmağın lazım olduğunu söyləyərək deyib: “Bir gündə 500-dən çox insanın ölümü, onların ailələrinin qəmi və on minlərlə insanın bu xəstəliyə yoluxması və onların müalicə problemləri çox ağrılıdır və hər bir müsəlmanın və həmvətənimizin qəlbi bu hadisə görə yanır, ona görə də bu vəziyyətlə mübarizə aparmaq bizim vəzifələrimizdir.

İnqilab Rəhbəri həmçinin təklifləri toplamaq və onlar barədə qərar vermək üçün prezidentin təyin etdiyi bir həftəlik müddəti yaxşı bir iş adlandıraraq belə əlavə edib: “Təyin olunmuş vaxtda məsələnin cavabı diqqətlə ölçülməli və hər bir zəruri addıma qətiyyətlə qərar verilərək hərəkət edilməlidir”.

İnqilabın Ali Rəhbəri, tibb işçilərinin həddindən artıq yorğunluğunu və onlara fiziki və zehni təzyiqləri də böyük bir narahatlıq hesab edərə belə qeyd edib: “Həqiqətən cihad edən həkimlərə, tibb bacılarına və müalicə qruplarına ürəkdən təşəkkür edirəm!”

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib