QafqazTimes xəbər verir ki, Avropadakı Tələbələrin İslami Dərnəkləri birliyinin 56-cı toplantısının başlaması ilə əlaqədar Ayətullah əl-üzma İmam Xamenei tələbələrə məktub ünvanlayıb.
Məktubda deyilir:
Mehriban və bağışlayan Allahın adı ilə
Əziz tələbələr
Bu günlərdə baş verən siyasi və hərbi proseslər dünyanın proqnozlaşdırılmış tarixi döngəsinin bir hissəsini təşkil edir, bu mərhələdə xalqımızın elitasının üzərinə xüsusi vəzifələr düşür.
Cəbhələri və sıraları tanımaq, düzgün mövqe seçmək qısamüddətli vəzifə və baş verən proseslərdə rol oynamağa hazır olmaları isə haqq cəbhəsinin xeyrinə və onların orta müddətli vəzifələridir.
Əziz gənclər, siz (bu qeyd edilən) hər iki vəzifədə fəal iştirak edə və mübarək İslam adı ilə cilvələnmiş birliklərə ümidi səmərələndirə bilərsiniz.
Qadir və Həkim Allahdan uğurlarınızın artmasını diləyirəm