İmam Xamenei: Bu şər cərəyanı yığışdırılacaq!

QafqazTimes xəbər verir ki, İran İslam İnqilabının rəhbəri Ayətullah əl-üzma İmam Xamenei iğtişaşların pərdəarxası məqamları barədə danışarkən, deyib: “Şübhəsiz ki, bu şər cərəyanı yığışdırılacaq!”

-Pərdə arxasında iğtişaşları idarə edənlər insanları səhnəyə gətirmək istəyirdilər. İndi ki, bunu bacarmadılar, şər törətməklə, ölkə məmurlarını və nizamı yormağa çalışırlar. Onlar səhv edirlər. Bu şər işlər xalqın usanmasına və onlara daha çox nifrət bəsləməsinə səbəb olur. Hazırda insanlar bu fitnəkarlara nifrət edirlər. Bu işlərin davamı xalqın nifrətini daha da artıracaqdır.

-İndi birinci məsələ odur ki, bəli, belə hadisələr insanlara problem yaradır; küçələrdə dükanını bağlamalısan, maşınını saxlamalısan və s. Cinayətlər də törədirlər, dağıdırlar və daha nələr edirlər… Amma səhnədə olanlar və səhnə arxasında dayananlar o qədər kiçikdirlər ki, bu nizama zərər verə bilmək iqtidarında deyillər.

-Bu şər cərəyanı, şübhəsiz ki, yığışdırılacaq. O zaman İran xalqı daha çox güclə və yeni ruhiyyə ilə meydanlara daxil olacaq və tərəqqiyə davam edəcəklər.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur