İmam Xamenei: Aşuradan sonrakı 40 günlük dövr həqiqətləri aydınlatmaq yolunda cihadın zirvəsi idi

Qafqaztimes xəbər verir ki, Tehran Universiteti ilə (tələbə heyətlərinin toplaşdığı yer) İmam Xomeyni hüseyniyyəsi arasında yaradılan video bağlantı vasitəsi ilə İran İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə Ərbəin mərasimi qeyd edilib.

Bu mərasimdə Ayətullah Xamenei qısa bir çıxışında Aşura günündən Ərbəinə qədər olan zamanı İslam tarixinin ən əhəmiyyətli dövrlərindən biri adlandıraraq deyib: “Əgər Aşura günü əziz və nəcib canların mübarizəsinin və fədakarlıqlarının zirvəsi idisə, ondan sonrakı 40 gün təbliğ və həqiqətlərin ifşası yolunda cihadın zirvəsi idi. İmam Səccad (ə), Həzrət Zeynəb (ə) və Ümmü Külsümün (ə) bu cihadı və Peyğəmbər (s) ailəsinin fövqəladə səbri bu fədakarlığı tamamladı və Kərbəla qiyamını əbədi etdi.”

İnqilabın Ali Rəhbəri, düşmənlərin İran xalqına qarşı müxtəlif üsul və vasitələrlə ictimai rəyə təsir etmək üçün apardıqları təbliğat hücumundan bəhs edərək, bu aydınlatma hərəkatını təbliğat hücumlarının zərərsizləşdirilməsi kimi xarakterizə edərək belə əlavə edib: “Millətin ürəyinin meyvələri və ölkənin həqiqi ümid yeri olan siz əziz tələbələr həqiqətləri aydınlatmaq məsələsinə əhəmiyyət verərək, hər biriniz bir çıraq kimi ətrafınızı nurlandırın və şübhələri həll edin.”

Related posts

Şəhadətdən qabaq…

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı

2 şərhlər

Oracio Fevral 18, 2024 - 5:35 səhər

Since the admin of this site is working, no hesitation very rapidly it will be renowned, due to its feature contents.

Estelle Fevral 18, 2024 - 6:04 səhər

Appreciation to my father who informed me about this
web site, this website is truly remarkable.

Add Comment