“İmam Rza(ə) Hərəmi Kompleksi” tərəfindən Hindistana 300 oksigen generatoru bağışlandı

Qafqaztimes xəbər verir ki, “İmam Rza(ə) Hərəmi Kompleksi”nin bağışladığı 300 oksigen generatoru, 28 May, cümə günü “Mahan” havayolları şirkətinə məxsus təyyarə ilə Dehliyə daxil olub.

Bu cihazlar İran İslam Respublikasında istehsal olunur və beynəlxalq standartların ən yüksək səviyyəsinə malikdir.

İran İslam Respublikasının Yeni Dehlidəki səfiri Əli Çeqni bu barədə deyib: “İran İslam Respublikası, ən sərt sanksiyalara məruz qalmasına baxmayaraq, xoşbəxtlikdən yüksək texnoloji tibbi cihazların istehsalında çox yaxşı bir mərhələyə qədəm qoyub və bu gün dost ölkə olan Hindistana 300 yüksək keyfiyyətli oksigen generatorunun bağışlanmasının şahidi oluruq.”

O, həmçinin belə qeyd edib: “İmam Rza(ə) Hərəmi Kompleksi” tərəfindən tədarük görülən və bağışlanan bu yardımlar İran səfirliyinin rəhbərliyi altında Hindistanın Qırmızı Xaç cəmiyyətinə, habelə Hindistan rəsmilərinin koordinasiyası ilə ölkənin bir çox bölgəsindəki koronavirus xəstəliyi ilə mübarizə aparan bir neçə xəstəxanaya və xeyriyyə tibb mərkəzlərinə çatdırılacaqdır.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur

İsrail “Gideonun Arabaları” əməliyyatı zəiflədikcə şimal Qəzzadan qoşunlarını çıxarır