QafqazTimes xəbər verir ki, İmam Hüseyn əleyhissəlamın hərəm kompleksinin cümə günü verdiyi məlumata görə hərəmin bütün həyətlərində qırmızı xalçalar döşənib.
Hər il Məhərrəm ayı ərəfəsində İmam Hüseyn (ə) hərəminin bütün xalçaları yığılaraq, hərəmin həyətlərinə qırmızı xalça sərilir.
Qırmızı xalçalar Məhərrəm ayının 10-cu gününə qədər və Aşura günü ənənəvi “Rəğzə əl-Təviric” mərasimi keçirilənə qədər qalır, sonra isə bu xalçalar yığılır. (Rəğzə əl-Təviric ənənəvi bir matəm mərasimidir. Kərbəla yaxınlığındakı Təviric şəhərindən olan əzadarlar Ya Hüseyn, Vay Hüseyn nidaları ilə Aşura günü günortadan əvvəl Kərbəlaya daxil olurlar. Günorta vaxtı bu əzadarlar Kərbəla şəhərinə yetişən zaman izdihamın sayı bir milyon nəfərə çatır və əzadarlar İmam Hüseynin hərəminə, oradan isə Həzrət Əbəlfəzl Abbasın hərəminə yollanırlar.)
İmam Hüseynin (ə) hərəminin rəsmilərinin bildirdiyinə görə, bu qırmızı döşəmələr Aşura axşamında bölünərək əzadarlıq xeymələrinə və heyətlərə hədiyyə olunur.