İmam Hüseyn (ə) hərəmində Məscidül-Əqsa alimlərinin “İsrailə ölüm” fəryadı + Video

Qafqaztimes xəbər verir ki, Ərbəin ziyarətinin yaxınlaşması və İraqlı zəvvarlarla birlikdə müxtəlif ölkələrdən gələn zəvvarların iştirakı ərəfəsində, İraq telekanalı “Afaq” Kərbəlada İmam Hüseynin (ə) müqəddəs hərəminin həyətində “İsrailə ölüm” şüarlarının ucaldığı görüntüləri yayımlayıb.

Bu görüntülər İmam Hüseynin (ə) həyətində digər zəvvarlarla danışan Məscidül-Əqsanın bir sıra alim və din xadimlərinin olduğunu göstərir. Onlardan biri deyir: “Kim İmam Hüseynin (ə) yolunu davam etdirmək istəyirsə, ədalət və bərabərlik yaratmaq üçün ayağa qalxmalıdır. Ancaq İsrail mövcud olduğu müddətcə ədalət və bərabərlik qurulmayacaqdır.”

Daha sonra o, “İsrailə ölüm” şüarını səsləndirir, digər zəvvarlar və İmam Hüseynin (ə) hərəminin həyətində olanlar bu şüarı təkrar edirlər və iştirakçılar İsrailə ölüm şüarı səsləndirməklə yanaşı, “Amerika, heç vaxt, heç vaxt” və “Labeykə və ya Hüseyn” şüarları da səsləndirmişlər.

Related posts

Şəhid gedəndə…

Suriya yeganə ərəb dövləti idi ki…

Şəhadətdən qabaq…