İlon Mask mavi nişanları işə saldı – FOTO

“Twitter Blue”ya abunə olaraq verifikasiya prosedurundan keçən “Twitter” istifadəçiləri adi akkauntlara nisbətən üstünlük əldə ediblər.

Bu barədə sosial şəbəkənin sahibi İlon Mask məlumat verib.

“Hazırda verifikasiyadan keçmiş hesablar prioritetdədir”, – deyə o, tvit yazıb.

Qeyd edək ki, “Twitter Blue” istifadəçilərə hesablarında mavi işarə qoymağa imkan verir. Bu adi istifadəçilərlə müqayisədə onlara müxtəlif üstünlüklər verir. Məsələn “Twitter” lentində yalnız orijinal hesablardan gələn mesajlar göstəriləcək. Bundan əlavə, abunənin sahibləri iki dəfə az reklam görəcək, öz səhifələrində daha uzun videolar yerləşdirə, yeniliklərə erkən çıxış əldə edə və sosial şəbəkə sorğularında iştirak edə biləcəklər.

Xatırladaq ki, 2022-ci ilin oktyabrın 27-də Mask “Twitter”i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Noyabrın 6-da o, “Twitter Blue” altında ödənişli verifikasiya tətbiq etmək niyyətini açıqlayıb. Bu ilin aprel ayında şirkət “Twitter Blue” abunəsi almamış istifadəçilərin hesablarından mavi işarələri silməyə başlayıb. ABŞ-də verifikasiya desktop istifadəçilər üçün ayda 8 dollar, mobil istifadəçilər üçün isə ayda 11 dollara başa gəlir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi