İlon Mask bəşəriyyətin çöküşünə gətirəcək daha bir böyük problemdən danışdı – FOTO

Amerikalı biznesmen, “Tesla” və “Space X” şirkətlərinin sahibi Mask bəşəriyyətin ən böyük problemi barədə öz düşüncələrini bölüşüb.

Bu barədə o, özünün “X” sosial şəbəkə hesabında bir paylaşımın şərhində söz açıb.

Belə ki, “DogeDesigner” ləqəbli istifadəçi bir neçə ölkədə, o cümlədən Yaponiya, Sinqapur, Vyetnam, İtaliya, Niderland, Cənubi Koreya və Çində doğum nisbətlərinin rekord həddə aşağı olduğu barədə hesabat yayımlayıb.

Mask onun paylaşımına cavab olaraq bildirib ki, bəşəriyyətin üzləşdiyi ən böyük problem demoqrafik çöküşdür.

Qeyd edək ki, daha əvvəl Mask dəfələrlə süni intellekt sahəsində aparılan tədqiqatları bəşəriyyət üçün əsas təhlükə adlandıraraq, bu cür tədqiqatların məhdudlaşdırılmalı olduğunu qeyd edib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi