İlon Mask bəşəriyyəti başqa planetlərdə məskunlaşmağa çağırıb – FOTO

ABŞ-li milyarder, “Tesla” və “SpaceX”in baş direktoru İlon Mask bildirib ki, bəşəriyyət kosmosu araşdırmalı və başqa planetlərdə məskunlaşmalıdır.

Bu barədə o, “X” sosial şəbəkə səhifəsində yazıb.

Mask bəşəriyyəti Ayda baza və Marsda şəhərlər yaratmağa çağırıb. Onun fikrincə, insanlar “ulduzlar arasında olmalıdırlar”.

Sahibkar xatırladıb ki, insanın təyyarə ilə ilk uçuşundan (Rayt qardaşlarının təyyarəsi – red.) Aya eniş etməsinə qədər cəmi 66 il keçib. Bununla belə, Aya insan ayağının dəyməsindən bu yana yarım əsr keçib. Maskın fikrincə, bu hadisə sivilizasiya olaraq bəşəriyyətin ən yüksək nailiyyəti sayıla bilməz.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi