İlham İsmayılın dələduzluq işinə görə İnterpol ilə axtarılan oğlu tutuldu – FOTO

Sabiq MTN polkovnik-leytenantı, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın oğlu Cavidan İsmayılov saxlanılıb.

1990-cı il təvəllüdlü İsmayılzadə Cavidan İlham oğlu İnterpol xətti ilə Çexiyada tutulub. Hazırda həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Cavidan İsmayılov barəsində Azərbaycanda 2016-cı ildə cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunub. Belə ki, Cavidanın tanınmış şəxslərin etimadını qazanaraq, iş qurmaq adıyla 970 min avro pulu mənimsəmədiyi iddia edilib.

Həmin ərəfədə o, Almaniyada olub.

İlham İsmayıl isə məsələni ört-basdır etmək üçün bildirib ki, oğlunun sərhəddə sənədlə bağlı problemi yaranıb: “Hazırda vəkili problemi həll edir”.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video