İlham Əliyev Münhendə İsrail prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qarşı tərəfin müraciətinə əsasən İsrail prezidenti İshak Hersoqla görüşüb.

İRNA-nın məlumatına əsasən, sionist rejm prezidenti İshak Hersoq görüş zamanı Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıb və hökumətlərarası komissiyanın fəaliyyəti, iqtisadi-ticari, mədəni, humanitar əlaqələr barədə danışıb.

Həmçinin Azərbaycan Respublikasının Tel Əvivdə səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrin inkişafına təkan verdiyi deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir