İlan olduğunu düşündülər, yaxınlaşdıqda isə gördüklərindən heyrətə gəldilər (Video izlə)

Sosial şəbəkələrdə köç edən tırtılların maraqlı görüntüsü yayılıb. Kadrlar Türkiyənin Tekirdağ vilayətindəndir.

Video müəlliflərinin sözlərinə görə, onlar bu mənzərəni görəndə əvvəlcə yolun üstündə ilan olduğunu düşünüblər. Amma yaxınlaşdıqda bunun şam tırtılları (“Thaumetopea pityocampa”) olduğu məlum olub.

Yeni məskənlərinə yollanan tırtılların nizamlı şəkildə, sıradan kənara çıxmayan hərəkəti görənləri heyrətə gətirib. Kadrlarda tırtıl karvanının bir müddət sonra gözdən itdiyi görünür.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi