İkibaşlı ilan doğuldu: Biri yeyir, o biri çeynəyir (Video izlə)

İngiltərədəki “Exeter Exotics” zoomağazasında donuzburunlu ikibaşlı ilan doğulub.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Bildirilir ki, artıq beşhəftəlik olan ikibaşlı sürünən yeməyin dadına baxır və inkişafı yaxşı gedir.

Məlumata görə, başlardan biri təklif olunan sardinaları iştaha ilə yeyir. İkincisi də yeməyə maraq göstərir, lakin daha dar boğaz var, buna görə də yalnız kiçik parçaları uda bilər.

“Sağ baş yemək yeyəndə sol baş çeynəmə hərəkətləri edir. Qəribə görünür”, – deyə zoomağazadan bildirilib.

Qeyd edək ki, donuzburunlu ilan, Kanadanın cənub-qərbində, ABŞ-ın qərb ştatlarında və Meksikanın şimal-qərbində yaşayan zəhərsiz ilandır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi